Georgi Nikolov ölkəmizi tərk etdi

08.04.2017 | 3712 dəfə oxunub

Bakının "İnter” futbol klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı tərk edib. 

Bu barədə keçmiş prezident özü məlumat verib

Stadium.az xəbər verir ki, G.Nikolov aprelin 7-də Bolqarıstana dönüb. O, Azərbaycana girişinə bir il müddətinə qadağa qoyulduğunu da qeyd edib: "Martın 7-də Bolqarıstana dönmüşəm. Nəhayət ki, Varnada, evimdəyəm, problem həll olundu. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfində ölkəyə girişimə qadağa qoyulub. Səbəb isə son il yarım ərzində Bakıda qanunsuz yaşamağımdır. Halbuku icazəsiz yaşamaqla bağlı problem məndən qaynaqlanmırdı. Beynəlxalq Bankla bağlı araşdırmalar getdiyi üçün Azərbaycan çıxışıma qadağa qoyulmuşdu. Lakin mənə qarşı heç bir ittiham irəli sürülməmişdi. Proses başa çatdı və səbrli davrandığım üçün mənə təşəkkür edib, yola saldılar. Mənə dəstək olan, maraqlanan hər kəsə, xüsusən də media nümayəndələrinə təşəkkür edirəm. Ümid edirəm ki, yenə görüşəcəyik”.

"İnter”in sabiq prezidenti bundan sonra futbol sektorunda çalışmaq istəmir. O, şəxsi işini quracağını söyləyib: "Hələlik iş barədə düşünmürəm, istirahət edib, özümə gəlməliyəm. Artıq futbol sektorunda çalışmağa həvə yoxdur. Amma heç vaxt "heç vaxt” deməmək lazımdır. Yəqin ki, Şəxsi işimi quracam

Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter”in prezidenti vəzifəsində çalışıb. Klubun fəxri prezidenti isə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin sabiq rəhbəri Cahangir Hacıyev olub ("Report").



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail