Ayxan Abbasov: "Buna əvvəlcədən hazırlaşırdıq"

10.04.2017 | 3978 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXV turunda evdə “İnter”lə bərabərə qalan (1:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bürünc medalı təmin etdiklərinə görə “İnter”i təbrik edirəm. “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Bundan öncəki 3 oyunda da bu komandayla bərabərə qalmışdıq. Oyuna pis başladıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlana bildik. Yüzfaizli qol epizodlarımız olsa da, yararlana bilmədik. Bundan sonra hər xal qızıla bərabərdi. Ümid edirəm ki, gələn oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.

- Krneta və Sanqarenin vəziyyəti necədi?

- Krneta oyunöncəsi isinmə hərəkətlərində ayağında ağrı hiss etdi. Buna görə, risk edib oynatmadıq. Onun mövqeyində şans verdiyim Lorenso da yaxşı təsir bağışladı. Şemonayevə də fərqli mövqedə şans verdim. Lakin o da özünü yaxşı tərəfdən göstərdi. Sanqarenin zədəsi elə ciddi deyil.

- UEFA növbəti mövsümdə avrkuboklarda iştirak etməyinizə icazə verdi...

- Buna əvvəlcədən hazırlaşırdıq. UEFA-nın tələblərini mövsümün əvvəlindən yerinə yetirməyə başlamışdıq. Əslində, elə ötən mövsümdən hazır idik. Klubumuz UEFA-nın bütün tələblərinə cavab vermək üçün hər şeyi edib. Ümid edirəm ki, avrokuboklara vəsiqə qazana biləcəyik.

- Bu gün baş tutacaq AZAL - “Sumqayıt” oyununda yəqin ki, AZAL-a azarkeşlik edəcəksiniz?

- Həmin oyuna baxa bilməyəcəm. Lakin köməkçilərim həmin matçı izləyəcək. Ancaq həmin oyunda hansısa komandaya azarkeşlik etməyi düzgün hesab etmirəm. Düzgün deyil. Əsasən, qarşıdakı oyunlarımız barədə düşünürük.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail