"Qarabağ" azarkeşləri finalın Naxçıvanda keçirilməsini istəmir

11.04.2017 | 2939 dəfə oxunub

“İmarət” Fan-klubu mayın 5-də “Qarabağ” və “Qəbələ” arasında Azərbaycan kubokunun final oyununun Naxçıvandan başqa şəhərə keçirilməsini istəyir.

Stadium.Az xəbər verir ki, fan-klub bu məsələ ilə bağlı mövqeyini bildirib. 

“Naxçıvanın Azərbaycan Respublikasının digər əraziləri ilə quru sərhədi olmaması hamımıza bəllidir. Bu səbəbdən doğma şəhərimizə gediş-gəliş digər regionlarımıza səfər etməkdən daha çətin başa gəlir. Mayın 5-də keçiriəcək “Qarabağ” – “Qəbələ” matçında iştirak etmək üçün ilk ağıla gələn seçim avtobusla səfəri təşkil etmək olsa da, əsində bu ən çətin olanıdır. Belə ki, avtobusla gediş-gəliş üçün hər birimizə həm passport, həm də 3 gün vaxt lazım olur. Çünki quru yolu ilə getmək üçün İran İslam Respublikasından keçmək labüddür. Digər seçim hava yolu ilə Naxçıvana yollanmaqdır ki, bunun üçün də bir nəfərin təkcə bilet xərci 120 manat tələb edir. Azarkeş qrupumuzdan 40 nəfərin (ən azı) Naxçıvana yollanacağı halda 4800 manat pul lazımdır ki, mövcud vəziyyətdə bu məbləğ bir azarkeş qrupu üçün çox ciddi rəqəmdir. Doğrudur, biz “Qarabağ”ımız üçün hər cür çətinliyi sinə gərmişik və gələcəkdə də eyni qətiyyəti sərgiləməyə hazırıq. Lakin kubokun final matçının elə də möhtəşəm stadionu olmayan və qət ediləsi məsafəsi ən uzaq olan bir şəhərimizə təyin edilməsi bizi narahat edir.

İndiyədək möhtəşəm kubok final matçları təşkil edən Peşəkar Futbol Liqası rəhbərliyinə müraciət edərək bildiririk ki,biz sizin seçiminizi başa düşürük. Sizlər Naxçıvanımızın insanlarının da futbolsuz qalmaması, heç olmasa, ilin bir günü də həmin şəhərdə futbol bayramının yaşanması üçün bu cür addım atmısınız. Bizlər də, illərdir doğma şəhəri doğma komandasına həsrət qalan azarkeşlər kimi bizim üçün ən dəyərli varlığımız “Qarabağ”ımızı final matçında yalnız buraxmaq istəmirik. İnanırıq ki, Sizlər tamaşaçı xoşbəxtliyi üçün azarkeş əziyyətini qurban verməyəcək və bu məsələyə bir daha nəzər yetirəcəksiniz. “İmarət” azarkeş qrupu olaraq Peşəkar Futbol Liqası rəhbərliyindən Azərbaycan kubokunun final matçının keçirilmə yerinin dəyişdirilməsini xahiş edirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail