Qurban Qurbanov - 45!

13.04.2017 | 2982 dəfə oxunub

Bu gün "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. Stadium.Az xəbər verir ki, mütəxəssisin 45 yaşı tamam olur.

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalada anadan olub. Futbolun sirlərinə  Zaqatalanın “Daşqın” komandasında yiyələnib. Karyerası ərzində “Turan”, “Kür-Nur”, “Neftçi”, “Dinamo” (Stavropol), “Baltika” (Kalininqrad), “Fakel” (Voronej), “Volqar-Qazprom” və “İnter” klublarında çıxış edib.  Azərbaycan çempionu, ölkə kubokunun qalibi və çempionatın bombardiri olub.

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir.

2006-cı ildə “Neftçi” klubunda məşqçilik fəaliyyətinə başlayıb.

Qurbanovun məşqçi kimi ən böyük uğurları "Qarabağ"da çalışdığı dövrə təsadüf edib. Məhz onun rəhbərliyi altında "Qarabağ" ardıcıl üç dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Stadium.Az saytının kollektivi doğum günü münasibətilə Qurban Qurbanovu təbrik edir, ona şəxsi həyatında və məşqçilik karyerasında yeni-yeni uğurlar arzulayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail