Armenteros: "Qarabağ”da hər qələbəyə görə 5000 manat mükafat verirdilər"

14.04.2017 | 4265 dəfə oxunub

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros “Fotballskanalen”ə verdiyi müsahibədə bir çox məsələlərə toxunub.

Stadium.Az xəbər verir ki, hücumçu müsahibəsində “Qarabağ”a keçidini belə xatırlayıb:

“Hollandiyanın “Villem II” klubu ilə icarə müddətim başa çatdıqdan sonra məxsus olduğum “Anderlext”ə qayıtmışdım.  Əslində, “Villem II” uğurlu çıxışıma görə məni birdəfəlik transfer etmək istəyirdi. Amma “Anderlext" onların ödəyə bilməyəcəyi qədər təzminat istədi, ona görə qayıdışım baş tutmadı. Bundan sonra bir neçə ay “Anderlext”də oynadım, daha sonra komandadan azad agent kimi ayrıldım.

Bu zaman bir neçə təklif var idi ki, ən sərfəlisi “Qarabağ”dan idi. Bu təklifi götür-qoy elədim, sonra “Qarabağ”da oynayan “Anderlext”in sabiq futbolçusu Reynaldo ilə danışdım və “Qarabağ”a keçməyə razılıq verdim”.

“Qarabağ”da hər qələbəyə görə 5000 manat mükafat verirdilər. "Qarabağ"la imzaladığım müqaviləyə əsasən, mövsüm ərzində oyunların 75 faizində meydana çıxsaydım, anlaşma müddətini uzada bilərdim. Üstəlik, ikiqat artıq əmək haqqı ödənilməsi şərti ilə. Amma mən oyunların 72 faizində çıxış etdim. Martın əvvəlləri idi. Çempionatda böyük xal fərqi ilə lider idik. Avrokuboklarda isə mübarizəni dayandırmışdıq. Buna görə də şans qazanmırdım. Heç vaxt ödənişlə bağlı problemimiz yox idi. Çox açıq və dürüst klub idi. Hətta o dərəcədə dürüst idilər ki, bir gün mənə dedilər: "Samuel, gələn mövsüm üçün müqaviləni uzada bilmərik. Bu səbəbdən, indi oynaya bilmirsiniz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail