Samir Abbasov: “Oyuna pis başladıq"

15.04.2017 | 4885 dəfə oxunub

“Oyuna pis başladıq. Şükür olsun ki, ikinci hissədə özümüzü toparladıq. Düzgün müdafiə olunduq, rəqibə imkanlar vermədik”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Sumayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XXVI turunda öz meydanında “Zirə” ilə qarşılaşan “kimyaçılar” matçdan 1:1 hesablı bərabərliklə ayrılıb.

Oyun başa çatdıqdan sonra klub saytına açıqlama verən Abasov fikirlərini bölüşüb: “İkinci hissədə top saxlamağa çalışdıq ki, bunun da öhdəsindən gəldik. Elə fiziki gücdəyik ki, hətta 3 hissə də oynaya bilərik. Oyuna çıxanda uşaqlara səbrli olmağı tapşırmışdım. Əfsuslar olsun ki, son dəqiqələrdə qol buraxdıq, qələbəni əldən verdik. Ən azından xal qazandıq, buna şükr edirik. Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız qalıb, sona qədər belə mübarizə aparacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail