Daha bir cüdoçumuz Avropa çempionu oldu

22.04.2017 | 3231 dəfə oxunub

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb.

Stadium.Az xəbər verir ki, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışıblar.

Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finalda keçirdiyi ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarımfinala yüksəlib. Qasımovla Məmmədov finala vəsiqə uğrunda görüşdə üz-üzə gəliblər. Bu dəfə daha təcrübəli olan dünya çempionu ipponla qalib gələrək, finala yüksəlib. Mehdiyevlə Qasımov isə həm yarımfinalda, həm də təsəlliverici görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər.

Məmmədov isə həlledici görüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, fransalı Siril Mareyə qızıl xalda ipponla qalib gəlib. Bununla da Azərbaycan təmsilçisi 2013-cü ildə əldə etdiyi dünya çempionluğundan sonra Avropa çempionu tituluna da yiyələnib. Bu, Avropa çempionatında 5-ci medal və ikinci "qızıl" olub.

90 kq

Bürünc medal görüşü. Məmmədəli Mehdiyev - Beka Qvinaşvili (Gürcüstan)

1/2 final. Məmmədəli Mehdiyev - Aleksandr Kukol (Serbiya)

1/4 final. Məmmədəli Mehdiyev - Yeqor Varapayev (Belarus)

1/8 final. Məmmədəli Mehdiyev - Marko Bubanya (Monteneqro)

1/16 final. Məmmədəli Mehdiyev - İon Dumbrava (Moldova)

100 kq

Bürünc medal görüşü. Elmar Qasımov - Kazbek Zankişiyev (Rusiya)

1/2 final. Elmar Qasımov - Elxan Məmmədov

1/4 final. Elmar Qasımov - Kirill Denisov (Rusiya)

1/8 final. Elmar Qasımov - Mikita Svirid (Belarus)

1/16 final. Elmar Qasımov - Filipp Qalandi (Almaniya)

Final. Elxan Məmmədov - Siril Mare (Fransa)

1/2 final. Elxan Məmmədov - Elmar Qasımov

1/4 final. Elxan Məmmədov - Peter Paltçik (İsrail)

1/8 final. Elxan Məmmədov - Artur Nikiforenko (Latviya)

1/16 final. Elxan Məmmədov - Vinçentso D Arko (İtaliya)

+100 kq

1/8 final. Uşangi Kokauri - Harun Sadıkoviç (Bosniya və Herseqovina)

Avropa çempionatının ilk 2 yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail