"Prosineçkiyə yalnız “Bursaspor”dan deyil, digər klublardan da təkliflər olub"

30.04.2017 | 3291 dəfə oxunub

"Yaxşı məşqçilərə hər zaman təkliflər gəlir. Bu, normal haldır. Lakin Robert Prosineçki çox peşəkar mütəxəssisdir. Öz müqaviləsinə hörmətlə yanaşır”.

 

Stadium.az xəbər verir ki, bunu “Report”a AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin İspaniya və Türkiyə klublarından təklif almasına dair çıxan xəbərlərə münasibət bildirərkən deyib.

 

E.Məmmədov bildirib ki, xorvat mütəxəssisin mövsümlərarası fasilədə xarici klublardan birinin sükanı arxasına keçmək ehtimalı yoxdur. O, təkliflərlə bağlı R.Prosineçki ilə danışdığını söyləyib:

 

“2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi davam edir. İyunun 10-da Şimali İrlandiya ilə matçımız var. Klublardan gələn təkliflərlə bağlı Prosineçki ilə danışmışam. Qısa söhbətimiz olub. Özündən soruşdum. Dedi ki, yalnız “Bursaspor”dan deyil, digər klublardan da təkliflər olub. Ancaq həmin təkliflərdən imtina edib”.

 

Son günlər Robert Prosineçkini adı Türkiyənin “Bursaspor” və İspaniyanın “Valensiya” klubu ilə yanaşı çəkilməkdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail