Klublarımız avrokuboklarda mübarizəyə nə vaxt başlayır?

01.05.2017 | 3930 dəfə oxunub

2017/18 mövsümündə Azərbaycan komandalarının Avropa kuboklarında mübarizəyə başlayacağı tarix bəllidir.

Yeni mövsümdə “Qarabağ” Azərbaycanı Çempionlar Liqasında, “Qəbələ”, “İnter” və “Zirə” isə Avropa Liqasında təmsil etmək hüququ qazanıb. Ağdam klubu yarışa ikinci, digər üç klubumuz isə birinci mərhələdən başlayacaq.

Stadium.az xəbər verir ki, təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 19-da keçiriləcək. İlk olaraq mübarizəyə Avroliqadakı təmsilçilərimiz başlayacaq. 

Onların ilk matçları 29 iyun, cavab görüşləri isə 6 iyulda keçiriləcək.

“Qarabağ”ın da qoşulacağı UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk görüşlər iyulun 11/12-si, cavab matçları 19-20 iyulda olacaq.

Ümumilikdə təsnifat mərhələsinin təqvimi aşağıdakı kimidir:

Çempionlar Liqası, 

2-ci mərhələ

11/12 iyul (ilk oyunlar) 
19/20 iyul (cavab oyunlar)

3-cü mərhələ

26-27 iyul (ilk oyunlar)
1/2 avqust (cavab oyunlar)

Pley-off

15-16 avqust (ilk oyunlar)
22-23 avqust (cavab oyunları)

Yarışın qrup mərhələsinin matçları sentyabr-noyabr aylarında olacaq.

Avropa Liqası

1-ci mərhələ

29 iyun (ilk oyunlar)
6 iyul (cavab oyunları)

2-ci mərhələ

13 iyul (ilk oyunlar)
21 iyul (cavab oyunları)

3-cü mərhələ

28 iyul (ilk oyunlar)
3 avqust (cavab oyunları)

Pley-off

17 avqust (ilk oyunlar)
24 avqust (cavab oyunları)

Qrup matçları sentyabr-noyabr aylarında keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail