Rəşad Sadiqov: "Sanki “yatmışdıq"

05.05.2017 | 4171 dəfə oxunub

“Çətin mübarizə oldu. Çempiona qarşı oynayırdıq. Həmçinin, “Qarabağ” ölkə kubokunun son sahibi idi”. Stadium.Az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov deyib.

Azərbaycan kubokunun final matçında “Qarabağ”la üz-üzə gələn “qırmızı-qaralar” 0:2 hesablı məğlubiyyətə düçar olublar. 

Qarşılaşmadan sonra fikirlərini bildirən Sadiqov oyunlarından narazı qaldığını söyləyib: “İkinci hissədə komandada nəsə çatmırdı. Sanki “yatmışdıq”. Bəzi epizodlarda “ayılırdı”, amma ümumilikdə arxadan komanda “yatmış” kimi görünürdü. Özümüz də bilmirik bu, nə ilə bağlıdı. Mənə elə gəlir ki, səbəbi “Qarabağ”ın üstün oyun göstərməsi idi. Bizə oynamağa imkan vermədilər. Buna görə də qələbə qazandılar”.

Yarımmüdafiəçinin fikrincə, həddindən artıq motivasiya bəzi oyunçuların zəif çıxışına səbəb olub: “Futbolçular matçdan öncə çox istəkli idilər. Bəziləri ola bilər ki, həddindən artıq motivasiyaya görə özlərini “yandırdılar”. Bu da onu göstərir ki, daxildə “yananda”, meydanda istədiyini edə bilmirsən”.

Müdafiəçi Ürfan Abbasovun avtoqola imza atmasına da münasibət bildirən 34 yaşlı oyunçu bunu onun təcrübəsizliyi ilə əlaqələndirib: “Ürfan gənc futbolçudu, ilk dəfə idi ki, kubokun finalında iştirak edirdi. Həyəcanlı, stressli ola bilərdi. Bu cür hallar hər bir futbolçunun başına gələ bilər. Belə vəziyyətdə futbolçuya dəstək olmaq lazımdı ki, özünə gəlsin”.

Mövsümü qısaca dəyərləndirən Sadiqov ölkədaxili yarışlardakı nəticələrə görə üzüldüklərini vurğulayıb: “Mövsüm bir tərəfdən yaxşı, digər tərəfdən pis keçdi. Avropa Liqasının qrupuna düşməyimiz yaxşı hal oldu. Bununla Azərbaycanı, “Qəbələ” azarkeşlərini sevindirdik. Amma digər tərəfdən həm çempion ola bilməməyimiz, həm də kuboku qazanmamağımız pis oldu. Bu, bizim üçün çox üzücü idi”.

Milli komandamızın üzvü sonda “Qəbələ”də qalıb-qalmayacağına rəhbərliklə görüşün ardından aydınlıq gələcəyini deyib: “Kubokun final görüşünə qədər heç kimə yeni müqavilə təklif olunmamışdı. Mənə elə gəlir ki, bu matçdan sonra rəhbərlik hamı ilə danışacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail