“Ayntraxt” millimizin üzvüylə 3 illik müqavilə bağladı

19.05.2017 | 3188 dəfə oxunub

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu gün klubu “Ayntraxt”la yeni müqavilə imzalayıb. Stadium.Az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvarında “Leypsiq”dən transfer edilən və ilk 6 ayı klubun U-19 komandasında keçirən Dadaşov bundan sonra əsas kollektivə cəlb ediləcək. 18 yaşlı oyunçunun “Ayntraxt”la müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.

Klubun futbol direktoru Fredi Bobik həmyerlimizə böyük ümidlər bəslədiyini bildirib: “Biz hesab edirik ki, onun böyük potensialı var. Dadaşovun bütün müsbət cəhətlərini inkişaf etdirmək istəyirik”.

Futbolçu özü də peşəkar müqavilə ilə bağlı təəssüratlarını bölüşüb: “Çox sevinirəm ki, “Ayntraxt”da peşəkar karyeraya başlayıram. Bunun üçün klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər”.

Renat Dadaşov millimizin Avstriya toplanışına dəvət alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail