İdmançılar pullarını almağa başladı

24.05.2017 | 3813 dəfə oxunub

Bakıda başa çatan İslam Həmrəyliyi Oyunlarında medal qazanan Azərbaycan idmançılarına pul mükafatlarının verilməsi prosesi başlayıb.

Stadium.Az xəbər verir ki, dünən idmançılar və məşqçilər pullarının bir hissəsini alıblar. Mükafatın yerdə qalan hissəsinin isə onların bank hesabına bu gün köçəcəyi gözlənilir.
 
Əlavə edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən, İslam Oyunlarından birinci yeri tutan hər bir Azərbaycan idmançısına 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat,  ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat,  üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə isə 15 min manat mükafat verilir.

Bundan başqa, İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi imzaladığı sərəncamla birinci yeri tutan hər bir Azərbaycan idmançısına 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat mükafat təyin edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail