Rövnəq Abdullayev: "Bu qərarın düzgün olduğuna inanıram"

30.11.2011 | 4416 dəfə oxunub

İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev fikirlərini açıqlayıb.

Stadium.az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan Abdullayev bunları deyib: "Bu gün bir neçə məsələ müzakirə olundu. Əsas məsələlərdən biri milli komandanın baş məşqçisinin müzakirəsi idi. İcraiyyə Komitəsinin bütün üzvləri baş məşqçi Berti Foqtsun müqaviləsinin artırılması fikrini bəyəndilər. Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərar qəbul etdik. Bu qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram".

AFFA prezidenti daha sonra "Şəfa" stadionunun "İnter"ə satılması barədə də danışıb: "Bildiyiniz kimi, bir neçə il əvvəl "Şəfa" stadionu "İnter" Peşəkar İdman Klubuna icarəyə verilmişdi və klub tərəfindən bu stadionun yenidən qurulması üçün xeyli iş görülüb, sərmayə yatırılıb. Mövcud müqaviləyə görə, klub stadionu tərk edəcəyi halda, AFFA sərf olunan sərmayəni kluba qaytarmalı idi. "İnter" klubu "Şəfa" stadionunu almaq istəyi ilə bağlı bizə müraciət etdi və qərara gəldik ki, stadionu bazar qiymətlərinə uyğun olaraq kluba sataq. Bu halda, klub sərmayəni artıq özünə məxsus olan stadiona yatıracaq. "Şəfa"nın satışından əldə olunan vəsait isə AFFA tərəfindən inşa olunan digər stadionlara sərf olunacaq. Bildiyiniz kimi, hazırda 8-ci kilometr və Bayıl qəsəbələrində AFFA tərəfindən stadionların tikintisi davam etdirilir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail