"Qəbələ" İlqar Qurbanovu transfer etdi

31.05.2017 | 4179 dəfə oxunub

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini İlqar Qurbanovla gücləndirib. Stadium.Az xəbər verir ki, mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirən "qırmızı-qaralar" 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

25 aprel 1986-cı ildə Bakıda anadan olan Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə “Xəzər Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə “Olimpik-Şüvəlan”, 2011-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib. Türkiyədə legioner həyatı yaşayan Qurbanov “Sivasspor” (2007-2008), “Boluspor” (2008-2009) və “Mersin İdman Yurdu”nda (2010-2011) çıxış edib. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. İlqar Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail