Şimali İrlandiya Bakının istisindən qorxur

02.06.2017 | 5250 dəfə oxunub

Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsində millimizlə səfər oyun öncəsi isti hava şəraitindən ehtiyatlanır.

Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Maykl O`Nil Bakıdakı iqlim şəraitinə uyğunlaşmaq üçün görüşdən əvvəl Türkiyədə dörd günlük təlim-məşq toplanışı keçirmək qərarı verib.

Bununla bağlı danışan M.O`Nil bildirib ki, millimizlə səfər görüşü isti havada keçiriləcəyindən “qrup mərhələsinin ən pis oyunu” adlandırmaq olar. Amma o, təqvimə uyğun olaraq, matça çıxacaqlarını və hər şeyin qaydasında olacağını söyləyib:

"Şərtlərdən çox da narahat deyiləm. Bunu futbolçularımda da görürəm. Onların hazırlığı və meydanda nəyə qadir olduqlarını göstərmə bacarıqları həqiqətən də yaxşı səviyyədədir. Xeyrimizə olan yeganə amil isə ilin bu vaxtında bir rəsmi oyun keçirməyimizdir".

Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail