Daha 2 futbolçu "Qəbələ"dən getdi

06.06.2017 | 5797 dəfə oxunub

“Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.  Stadium.Az xəbər verir ki, bunlar qapıçı David Pietrzkieviç və gənc müdafiəçi Murad Musayevdir.

2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən Pietrzkieviç “qırmızı-qaralar”ın heyətində 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.

2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.

“Qəbələ” bunadək Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə də yollarını ayırmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail