AFFA Fransa millisinin formasını "oğurlayıb" - BİABIRÇILIQ! - FOTOLAR

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana “Nike” istehsalı olan formada çıxacaq.
Stadium.Az xəbər verir ki, əvvəlcə onu qeyd edək ki, buna qədər milli komandalarımız “Umbro” şirkətinin istehsalı olan formalardan istifadə edib. AFFA-nın yaydığı xəbərə görə, seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən “Umbro” və “Nike” şirkətləri ilə danışıqlar aparıb. “Nike” şirkəti “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə “Nike” arasında razılıq əldə olunub.
Bu gün isə AFFA millinin yeni formasını ictimaiyyətə açıqlayıb.
Millimizin yeni oyun forması
Bundan sonra isə sosial şəbəkələrdə formanın müzakirəsi başlayıb və bu müzakirələrdə formalar daha çox tənqid edilib. Əksər istifadəçilər bu formanı oyun deyil, məşq formasına bənzədiblər.
Amma əslində belə deyil. Bu, həqiqətən oyun formasıdır. Maraqlıdı ki, “Nike” şirkəti Azərbaycan da daxil olmaqla bir sıra milli komandalar üçün eyni dizaynlı forma hazırlayır. Bu sırada Fransa, İngiltərə və Braziliya komandalarını göstərmək olar.
Bizim formanın Fransa millisinin hazırda DÇ-2018-in seçmə mərhələsində geyindiyi forma arasında isə heç bir fərq yoxdur. Yəni plagiat demək olar! Ya da "Nike", görünür, bizim bilmədiyimiz hansısa səbəbə görə özünü çox da əziyyətə salmayıb və köhnə-hazır dizaynı bizimkilərə sırıyıb.
Fransanın forması
Hər iki komandanın forması göy rəngdədir, üzərində “Nike” şirkətinin emblemi əks olunub. Fərq yalnız ondadır ki, formanın üzərində iki ölkənin futbol qurumlarının öz loqoları əksini tapıb. Bir də Fransanın forması üzərindəki nömrələr. Vəssalam!
Yəni bir tək nömrə və loqonu çıxmaqla hər şey Fransannın göy rəngli forması ilə eynidir. Maraqlıdı, görəsən, AFFA bu formanı sifariş edəndə fransızlardan fərqli olan yeni nəsə tapa bilməzdi?
Əlbəttə, bilərdi!
Niyə də yox? (qol.az)
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















12.03.2024

24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023


18.07.2023
17.07.2023
16.07.2023

15.07.2023

![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |