Katalin Domandan üçqat yubiley

01.12.2011 | 5388 dəfə oxunub

Azərbaycan kubokunun 1/8 final oyunu “Xəzər Lənkəran” üçün bir sıra yubileylərlə əlamətdar olub.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qaradağ Lökbatan”la qarşılaşma komandanın tarixində 50-ci kubok oyunu olmaqla yanaşı digər məqamlarla da diqqət çəkib.

Bu matçlarda 33 qələbə, 9 heç-heçə və cəmi 8 məğlubiyyəti olan “Xəzər Lənkəran” 108 qol vurub və 35-ni buraxıb.
 
“Xəzər Lənkəran”ın 3:0 hesabı ilə qalib gəldiyi oyunun əsas qəhrəmanı olan Katalin Doman 2 qol vurmaqla həm də 3 yubileyə imza atıb. Birincisi bu oyun rumıniyalının komandanın heyətində 40-cı oyunu olub.
 
İkincisi isə Domanın matçda vurduğu sonuncu qol “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun ev oyunlarında rəqib qapısından keçirdiyi 60-cı qol olub. "Xəzər Lənkəran"ın futbolçuları buna cəmi 11 qol buraxdıqları 23 matçda nail olublar.
 
Domanla bağlı 3-cü yubiley isə onun dubla imza atmasıdır. Belə ki, bu dubl “Xəzər Lənkəran” tarixində 60-cı dubl olub. İlk dəfə komanda üçün 1 oyunda 2 qol vuran rumıniyalı bunu bacaran 31-ci futbolçu olub. Bu dublların 39-u ölkə çempionatı, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb.

Dubllar üzrə rekordçu isə 8 dəfə buna nail olan seleksiyaçı məşqçimiz Zaur Ramazanovdur. Katalin “Xəzər Lənkəran”ın 3-cü rumıniyalısı olub ki, 1 oyunda 2 qol vurub. Ona qədər Klaudiu Radukanu 2, Robert İlyeş 1 dəfə bunu bacarmışdı.
 

“Xəzər Lənkəran”da dubla imza atanlar

8 - Zaur Ramazanov (2-si kubokda)
5 - Vüqar Nadirov (4-ü kubokda)
4 - Samir Əliyev (1-i kubokda)
3 - Allan Lalin
3 - Edmand Ntiamoa
3 - İvan Tsvetkov (1-i kubokda)
3 - Rahid Əmirquliyev (1-i Birlik kubokunda)
2 - Ceyhun Sultanov (1-i kubokda)
2 - Emin Quliyev
2 - Klaudianu Radukanu (2-si kubokda)
2 - Mario Souza (1-i Birlik kubokunda)
2 - Oqtay Dərəlioğlu
2 - Rəşad Abdullayev (1-i kubokda)
2 - Romulo Silvano
1 - Alim Qurbanov
1 - Bəxtiyar Musayev
1 – Branimir Subaşiç
1 - Elvin Beqiri
1 – Emeka Opara
1 - Əhməd Dursun
1 - Xaqani Məmmədov
1 - İlqar Qurbanov (1-i kubokda)
1 - Junior Osvaldo (1-i kubokda)
1 - Katalin Doman (1-i kubokda)
1 - Mahmud Qurbanov (1-i kubokda)
1 - Marinko Petkoviç (1-i kubokda)
1 - Nadir Nəbiyev (1-i Birlik kubokunda)
1 - Paşa Əliyev
1 - Robert İlyeş (1-i kubokda)
1 - Uinston Parks
1 - Yakuba Bamba
 
Domanla bağlı yubileylərdən başqa daha bir neçə futbolçu üçün Suraxanı qəsəbə stadionundakı görüş əlamətdar olub. Alim Qurbanov komandada 175-ci, kapitan Rahid Əmirquliyev isə 170-ci matçını keçirib. Antonio Semedo isə 10-cu dəfə “ağ-yaşıl” formanı geyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail