SOCAR Olimpiya Stadionunu "itirdi"

08.06.2017 | 3522 dəfə oxunub

Bakı Olimpiya Stadionu SOCAR-ın balansından çıxarılıb. Stadium.Az xəbər verir ki, bunu yenicag.az-a  açıqlamasında BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova deyib.

Onun sözlərinə görə, nəhəng arena “Neftçi” İdman Klubu İctimai Birliyinin balansına keçib:

“Bildiyiniz kimi, Bakı Olimpiya Stadionu SOCAR-ın balansında idi. İndi isə neft şirkətinin rəhbərliyi tərəfindən qərar qəbul olundu ki, SOCAR-ın balansında olan bütün idman qurğuları “Neftçi” İKİB-in hesabına keçirilsin və onlar tərəfindən idarə olunsun. Bununla bağlı olaraq nizamnamə kapitalı 590 milyon manatdan 1000 manatadək azalıb. Bu, sırf iqtisadi bir addımdır. Bir sıra planlarımız var və gələcəkdə bunları reallaşdırmağa çalışacağıq. Stadionun istər rəhbər, istərsə də komanda heyətində heç bir dəyişikliyi olmayacaq. Bildiyiniz kimi, UEFA-nın baş katibi Teodor Teodoridis hazırda Bakıdadır. O, bu gün Bakı Olimpiya Stadionunda olub. Çempionlar Liqasının və Avropa Liqasının final matçının BOS-da keçirilməsi ilə bağlı müzakirələr aparıldı. İnanırıq ki, sentyabr ayında şad xəbər alarıq”.

“Neftçi” İKİB-in sədri Sadıq Sadıqovdur. O, bundan əvvəl “Neftçi” futbol klubunun prezidenti kimi fəaliyyət göstərib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail