Prosineçki "Bursaspor" xəbərlərinə münasibət bildirib

09.06.2017 | 3662 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” komandasının sükanı arxasına keçəcəyinə dair iddialara münasibət bildirib.

Stadium.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Sportske Novosti” nəşrinə açıqlamasında bildirib ki, “Bursaspor” rəsmiləri ilə 3 ay əvvəl təmasda olub, lakin hazırda bu məsələ ilə bağlı heç bir yenilik yoxdur:

“Son 20 gün ərzində milli komanda ilə birgə olmuşam, Bakıda və Avstriyada təlim-məşq toplanışı keçmişik. Şimali İrlandiya yığmasına qarşı şənbə günü keçirəcəyimiz böyük və vacib oyuna hazırlaşırıq”.

Xorvatiyalı baş məşqçi bütün fikrini mayın 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiya yığmasına qarşı keçirəcəkləri oyuna yönəltdiyini söyləyib:

“Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Böyük iş görmüşük. Mən gələn zaman yığma FİFA reytinqində 132-ci pillədə qərarlaşmışdı. Hazırda isə 76-cı sıradadır. Bütünlüklə qarşıdakı oyuna köklənmişəm. Qələbə bizi ikinci pilləyə yüksəldə bilər. Oyuna konsentrasiyamıza heç nə mane olmasa, bunu bacararıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail