Prosineçki stəkan sındırmasından danışdı

12.06.2017 | 4117 dəfə oxunub

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib. Stadium.Az xəbər verir ki, təcrübəli çalışdırcı Azərbaycan – Şimali İrlandiya oyunundan sonra baş tutan mətbuat konfransında baş verən hadisələrdən və Türkiyənin “Bursaspor” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb. Çalışdırcı əvvəlcə bunları deyib:

“Bursaspor” haqda ətraflı danışmaq istəmirəm. Bunu Şimali İrlandiya ilə oyundan öncə baş tutan mətbuat konfransında da demişdim.

Ancaq oyundan sonra bu barədə sual verildi. Azərbaycanlı jurnalistlər son dəqiqədə buraxdığımız qol və acı məğlubiyyət haqda danışmaq əvəzinə daha çox “Bursaspor” barəsində danışmağımı istədilər. Çox qəzəbli idim”.

Prosineçki bu gün AFFA rəhbərliyi ilə görüşəcəyini deyib:

“Mənim AFFA ilə dekabr ayının əvvəlinə qədər müqaviləm var. Amma bu gün rəhbərliklə görüşəcəyəm. Bundan sonra gələcəklə bağlı ətraflı danışmaq olar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail