"Zirə" Kamerun klubuna qalib gəlib

18.06.2017 | 6794 dəfə oxunub

Türkiyənin Bolu şəhərində təlim məşq toplanışında olan “Zirə” ikinci yoxlama yoxlama oyununu keçirib.

Stadium.Az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Kamerunun “Kolumbe Sportivo” klubu ilə üz-üzə gəlib. Start heyətində, Anar Nəzirov, Yovan Krneta, Adil Nağiyev, Jozef Boum II, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Orxan Əliyev, Kervens Belfor və Riçard Qadzeyə yer alıb. 


Qarşılaşmanın ikinci hissəsində isə Kamal Bayramov, Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Elçin Əliyev meydana çıxıblar. 

Oyuna sürətli başlayan “qartallar” erkən qollarla rəqibi sarsıdıb. “Zirə”nin yeni transferi Kervens Belfor ilk 5 dəqiqədə dublunu rəsmiləşdirdi. Fasiləyə qədər həmçinin, Riçard Qadze 2, Təmkin Xəlilzadə və Orxan Əliyev isə bir qola imza atdı. İlk yarı komandamızın 6-0 hesablı qələbəsi ilə başa çatdı. İkinci hissədə isə Sadiq Quliyevlə Müşfiq İlyasov rəqib qapısına yol tapdı. “Zirə” kamerunlular üzərində 8-0 hesablı qələbə qazandı. 
İlk yoxlama oyununda Bakı “İnter”i üzərində 2-0 hesablı qələbə qazanan “qartallar” iyunun 20-də keçiriləcək sonuncu yoxlama oyununda Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18-00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail