Şəhriyar Əliyev: "Kökəlməyə meylli adamam"

18.06.2017 | 6342 dəfə oxunub

“Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev klubun saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, futbolçu formadan düşməmək üçün fərdi məşqlərə başladığını, yeni mövsümün startını səbrsizliklə gözlədiyini bildirib:

“Mövsümlərarası fasilə çoxdu deyə futbolsuz lap ürəyimiz partlayır (gülür). Düzdü, istirahət etmək üçün vaxtımız çoxdu, arada uşaqlarla yığışıb futbol oynayırıq. Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım.

İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər. Kökəlməyə meylli adamam. Lakin indi arıqlamışam. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin, indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budu. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail