Zaur Svanadze püşkü dəyərləndirib

19.06.2017 | 4554 dəfə oxunub

“Rəqibimizin kim olduğunu bildik. Artıq diqqətimizi ilk oyunun hazırlığına yönəldəcəyik”. Stadium.Az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək bakılılar ilk təsnifat mərhələsində Serbiyanın “Mladost” klubu ilə üz-üzə gələcəklər.

Püşkün nəticəsini dəyərləndirən Svanadze bəxtlərinin gətirmədiyini bildirib. Bununla belə, gürcüstanlı mütəxəssis mərhələ adlamağa çalışacaqlarını qeyd edib: “Deyərdim ki, ən çətin rəqib bizə düşdü. “Mladost” güclü komandadı. Serbiya futbolu həmişə yaxşı mənada fərqlənib. Rəqib barədə ətraflı məlumat toplayacağıq. Kiminlə düşmək istərdik? Artıq bunun mənası yoxdu. Belə baxanda, böyük fərq etmir. Bəxtimizə hansı komanda düşübsə, ona qarşı da oynamalıyıq. Futbolda istənilən nəticə qeydə alına bilər. Hər komandanın şansı var. İndiki məqamda məni yalnız “Mladost”la oyunlar maraqlandırır”.

Svanadze hazırkı heyətlə də Avropa Liqasında uğurlu çıxış etməyin mümkün olduğunu vurğulayıb: “Futbolçularıma inanıram. Bu heyətlə də mübarizə apara, “Mladost” səddini keçə bilərik. Necə olacağını görəcəyik? Amma istənilən rəqibə qarşı oynayıb, uğur qazanmaq olar. Hazırlıqdan çox şey asılıdı. Matça eyni tempdə hazırlaşmaqda davam edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail