"Qəbələ" Bolqarıstan çempionuna da məğlub oldu

22.06.2017 | 4450 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” Bolqarıstan “Ludogorets”i ilə qarşılaşıb.

Baş məşqçi Roman Qriqorçuk görüşdə aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo.Oyunun gedişində Desmond Asare Camalovu, Araz Abdullayev Dabonu, Xavyer Ernandes Qonzales Elvin Məmmədovu, Rasim Ramaldanov Abbasovu, Aqil Məmmədov Bezotosnını əvəzləyib.

Son 6 mövsümdə Bolqarıstan çempionu titulunu qazanan Razqrad təmsilçisi bu qarşılaşmadan qalib ayrılıb. Hər hissədə 1 qol vuran Bolqarıstan klubu 2:0 hesablı qələbəyə sevinib. 

“Qəbələ” bunadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”i və Bolqarıstan MOİK-i (0:2) ilə qarşılaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail