Klublarımızın Avroliqa oyununu hansı kanal verəcək?
Bir neçə gün sonra avrokuboklarda 2017/2018-ci il mövsümünə start veriləcək. Stadium.Az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında isə "Qəbələ", "İnter" və "Zirə" klubları təmsil edəcək.
"İnter" və "Zirə" Avroliqanın 1-ci təsnifat mərhələsindən, "Qəbələ" isə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "Qarabağ" isə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Hazırda azarkeşləri düşündürən suallardan biri də mübarizə aparacaq komandalarımızın oyunlarının hansı kanal vasitəsilə yayımlanacağıdır. Məsələ ilə bağlı ölkəmizdə olan 2 idman kanalına – “CBC Sport” və “İdman Azərbaycan”a müraciət etdik.
“CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov saytımıza açıqlamasında avrokuboklarda iştirak edəcək klublarımıza rəsmi məktub ünvanladıqlarını bildirdi:
“Ölkə çempionatı başa çatdıqdan sonra avrokuboklara vəsiqə qazanan hər bir komandamıza məktub ünvanlamışıq. Məktubda həm komandaları təbrik etmişik, həm də ötən il olduğu kimi bu il də oyunların canlı yayımlanması ilə bağlı əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Hazırda danışıqlar gedir. Amma dəqiq deyə bilmərəm ki, biz hansı komandanın oyunlarını canlı yayımlayacağıq, hansını isə yox.
Bir məqamı da qeyd edim ki, bizim qurğularımız hazırda Türkiyəyə yollanıb. Bildiyiniz kimi, biz “Saran Holding” şirkəti ilə əməkdaşlıq edirik. Bizim avadanlıqlarımız da texniki baxışdan keçməsi üçün Türkiyəyə göndərilib.
Ölkə çempionatı başlayana qədər qurğularımız yenidən bizə təhvil veriləcək. Amma bu o demək deyil ki, biz oyunları çəkmək gücündə deyilik. Kameralarımızın sayı az olsa da, oyunları çəkib yayımlaya bilərik. Hazırda klublarımızdan cavab gözləyirik, danışıqlar davam edir. Əgər komandalar bizim təklifimizə müsbət cavab versələr, oyunları canlı yayımlayacağıq”.
“İdman Azərbaycan” telekanalının şərhçisi Ramiz Mirzəzadə də klublara müraciət ünvanladıqlarını və matçları yayımlama ehtimalının olduğunu bildirdi:
“Hazırda bu məsələ ilə bağlı danışıqlar gedir. Ehtimal var ki, ilkin mərhələnin oyunlarını biz yayımlayaq. Amma bu, hələ dəqiqləşməyib. Açığı, deyə bilmərəm ki, oyunları mütləq biz yayımlayacağıq. Amma bizim yaymlayacağımızın ehtimalı böyükdür. Yəqin ki, yaxın 2-3 gündə bu məsələyə aydınlıq gələcək.
Əgər razılıq əldə olunsa, komandaların səfər oyunlarını da yayımlamağa çalışacağıq. Rəqib ölkələrdə oyunları yayımlayacaq kanallar barterə razılıq verərsə, səfər oyunları da canlı yayımlanacaq. Amma yenə deyirəm, hələlik heç nə dəqiqləşməyib”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |