"Qəbələ" şotlandiyalını da rəsmən açıqladı

29.06.2017 | 5544 dəfə oxunub

2017/18 mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Stadium.Az xəbər verir ki, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirən “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.

Şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey icarə əsasında 1 il təmsilçimizin heyətində çıxış edəcək. 

Endi Hallidey kimi tanınan futbolçu 1991-ci il oktyabrın 31-də anadan olub. 26 yaşlı şotlandiyalı “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmə komandalarında çıxış edib.

Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında  “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib.

2015-ci ildə “Reyncers”ə keçən Endi son iki mövsümü bu komandanın formasını geyinib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail