"Dinamo"nun baş məşqçisi: "Hansımızın iki həftə sonra Çempionlar Liqasında oynadığını deyə bilmərəm"

29.06.2017 | 5586 dəfə oxunub

“Oyuna ciddi hazırlaşmışdıq. “Qarabağ”ın səviyyəsi bizi buna məcbur edirdi. Bu, təcrübəli və yaxşı qurulmuş komandadır. Onlar daim Çempionlar Liqası və Avropa Liqasında oynayırlar".

Stadium.Az xəbər verir ki, bu sözləri Moskva "Dinamo"sunun baş məşqçisi Yuri Kalitvintsev "Qarabağ"la yoxlama oyunundan (1:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

O, Ağdam klubunun hazırlıq səviyyəsi haqda da danışıb:

"Məntiqə görə “Qarabağ”ın hazırlıq səviyyəsi daha yüksək olmalı idi. Çünki onlar tezliklə avrokuboklarda mübarizəyə başlayacaqlar. Bu komandanı çoxdan izləyirəm və xoşuma gəlir.

Ancaq “Qarabağ”a olan bütün hörmətimə baxmayaraq, bugünkü oyuna görə hansımızın iki həftə sonra Çempionlar Liqasında oynadığını deyə bilmərəm. Futbolçularımın işinə yanaşması, tapşırıqları yerinə yetirməsi, oyun intizamı sevindirdi. Bu gün qol imkanlarını bağışlayırıq, amma sabah onları təhlil edəcəyik. Amma qol imkanlarının yaradılması ümid verir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail