"Burada hər şey çox yaxşı qurulub"

03.07.2017 | 4826 dəfə oxunub

"Qəbələ" ilə müqavilə imzalamadan öncə bu klub barədə məlumat toplamışdım. Komandanın sabiq futbolçusu Qrem Smit və Şimali İrlandiya millisinin heyətində Azərbaycana qarşı oynayan Li Honson mənə Azərbaycanın gözəl ölkə olduğunu demişdilər".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Endi Hallidey Britanıyanın "Daily Record" nəşrinə bildirib.

Şotlandiya "Reyncers"indən 1 illik  icarəyə götürülən  26 yaşlı yarımmüdafiəçi "Qəbələ"ni böyük klub adlandırıb: "Bu klubun Avropada uğurları var. Komandanın bir hissəsi olmaq və Avropa futboluna yol açmaq istəyirəm. Burada hər şey çox yaxşı qurulub. Ciddi rəqabət şəraitində keçəcək oyunları səbirsizliklə gözləyirəm".

E.Hallidey Azərbaycan çempionatı barədə elə də məlumatlı olmadığını vurğulayıb:  "Ancaq tezliklə biləcəyəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail