Yeni transfer: "Qarabağ" “Azərbaycanın ən yaxşı komandasıdır"

06.07.2017 | 5660 dəfə oxunub

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” növbəti transferini reallaşdırıb. Stadium.Az xəbər verir ki, klub Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb.

Jezniçak keçidi haqda fikirlərini klubun saytına bildirib:

“Azərbaycanın ən yaxşı komandasının - “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdır, çünki geridə qalan 13 ili “Qarabağ” kimi köklü klub olan “Legiya”da keçirmişəm.

Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdür.

Yayda sabiq komandam “Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail