Zaur Axundov: "Komandanın hardasa boşluq verəcəyindən qorxurduq" - MÜSAHİBƏ

07.07.2017 | 5788 dəfə oxunub

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Serbiyanın "Mladost” klubuna qalib gələrək (2:0) növbəti mərhələyə yüksələn "İnter” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün komandadan qələbə gözləyirdiniz?

- Açığı, birinci oyunun nəticəsindən sonra komandanın hardasa boşluq verəcəyindən qorxurduq. Lakin komanda ilə söhbətimiz oldu və qol buraxmadan qalib gəldiyimiz üçün sevinirəm. Qol buraxmadan qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazandıq. Bunda görə, bütün futbol ictimayyətini təbrik edirəm.

- Bu oyuna qədər may ayının maaşları ödəniləməli idi...

- Fikrimizi oyuna yönəltmişdik. Komandada maaş problemi 95 faiz yoxdur. Maaşlar ödənilib.

- Futbolçuları sizi alqışladılar, deyəsən, mükafat söz vermişdiniz.

- Xeyr. Komandanı qələbə münasibəti ilə təbrik etdim. Dedim ki, vaxt azdı, qarşıda növbəti oyuna qədər 5 gün qalıb. Komandaya təşəkkür elədim.

- Klubun bazası ilə bağlı problem yaranıb. Bununla bağlı nə deyə bilərsiniz?,

- Bu bir az çətin məsələdir. Açığı, bizim üçün sürpriz oldu. Bunu gözləmirdik. "Aqrokredit” bankı bizimlə müqaviləni uzatmaq istəmədi. Mərdəkanda "Dalğa Arena” kimi gözəl stadion və təlim-məşq bazası var. Bu yaxınlarda yeni bazamıza – “Dalğa Arena”ya köçəcəyik.
 
- "İnter”in sponsoru "Səmayə” şirkəti olacaq?

- "Səmayə” şirkəti futzalda "Araz” komandasına da sponsorluq edir. Avropa Liqasında bu şirkətin loqosu ilə çıxış etdik. Lakin bu yalnız avrokubok üçündür. Ola bilər ki, çempionatda başqa sposnor olsun. Növbəti rəqibimiz Lüksemburq komandasıdır. Beş gün ərzində bu matça hazırlaşacağıq. 

- Növbəti mərhələdəki rəqibin Moldova deyil, Lüksemburq təmsilçisi olması sizə təəccüblü gəlmədi?

- Artıq Avropada zəif komanda yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq oyuna ciddi hazırlaşacağıq.

- "Neftçi” ilə müqavilə bağlayan qapıçınız Səlahət Ağayevin aqibəti necə olacaq. Onun avqustun 1-dən "Neftçi"yə keçəcəyi deyilir.

- Dəstəyə görə "Neftçi”yə təşəkkür edirəm. Yəqin ki, hansısa mərhələyə qədər Səlahətin bizə kömək etməsi üçün onlardan xahiş edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail