"Kəpəz"in yeni kapitanı: "Kapitan çətin vəziyyətdə hamıya dayaq durmağı bacarmalıdır, gənclərə örnək olmalıdır"

07.07.2017 | 4951 dəfə oxunub

"Tural Axundov kapitanı kimi komandaya çox fayda verirdi. O, tək oynadığı futbolla yox, həm də komandanı toparlamağı bacarması ilə seçilirdi. Tural böyük işlər görürdü. Çalışacam ki, mən də özümü doğruldum”. 
Stadium.Az xəbər verir ki, bunu  "Kəpəz”in yeni kapitanı Şəhriyar Rəhimov klubun rəsmi saytına açıqlamasında deyib.

Kapitan məşqçilərlə futbolçular, komanda ilə azarkeşlər arasında körpü, əsas ünsiyyət fiqurudur. Rəhimov da bu statusda kapitan olmaq istəyir:

"Kapitan olmaq yalnız sarğını qolunda daşımaq deyil. Kapitan çətin vəziyyətdə hamıya dayaq durmağı bacarmalıdır, gənclərə örnək olmalıdır. Əvvəlcədən gurultulu danışmaq istəmirəm. "Kəpəz”ə xeyir verən kapitan olmağı qarşıya məqsəd qoymuşam. Ümumiyyətlə, bütün futbolçuların niyyəti komandaya kömək etməkdir. Çox məsuliyyətli işi mənə həvalə ediblər. Azarkeşlər qarşısında özümü doğrultmalıyam. Məşqçidən sonra nəticəyə cavabdeh kapitandır. Ona görə işin çətinliyini anlayıram. Üzərimə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacam. Söz verirəm ki, əlimdən gələnin ən yaxşısı "Kəpəz” üçün edəcəm. Yalnız oyunda deyil, meydandan kənarda da komanda üçün dəyərli olmalıyam. Kapitan körpü rolunu oynamalıdır. Futbolçuların sözünü məşqçiyə, azarkeşlərə çatdırmalıdır və əksinə”.

28 yaşlı müdafiəçi sonda qarşıdakı mövsüm üçün azarkeşlərə səslənib: "Ötən mövsüm ağır keçdi. Çempionatın sonunda daha yaxşı şəkildə çıxış edə bildik. Məqsədimiz qarşıdakı çempionatda da azarkeşləri sevindirməkdir. Kapitan heç vaxt rahatlaşmamalıdır. Mən böyük vədlər verməyi xoşlamıram. Çünki sözü tutmayanda məyus olursan. Amma bir şeyi söz verə bilərəm ki, "Kəpəz” üçün sona kimi mübarizə aparacağıq. Fanatlar buna əmin ola bilərlər. Onları da əvvəlki kimi komandaya dəstək olmağa çağırıram. Biz onlardan güc alırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail