Antonov "Qəbələ" və azərbaycanlı jurnalistləri qınadı

09.07.2017 | 4997 dəfə oxunub

“Bir dəfə elə vəziyyət yarandı ki, Azərbaycanda jurnalistlər mənə qeyri-korrekt suallar verdilər. Bundan sonra mən onlarla bütün ünsiyyəti kəsdim”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq hücumçusu Aleksey Antonov Ukrayna mətbuatına müsahibəsində deyib.

xsport.ua saytına danışan futbolçu azərbaycanlı jurnalistlərdən narazılıq edib: “Əgər insanlar qarşındakına hörmətsizlik edirlərsə və hesab edirlərsə ki, istədiklərini etmək onların işidir, bu, adama xoş gəlmir”.
  
“Qəbələ”dən nə üçün getməsi barədə suala cavabında isə Antonov klubdan narazılıq edib: “Bunun əsl səbəbini mən də bilmirəm. Klub rəhbərliyindən soruşmaq lazımdır. Mənə elə gəlir ki, bu, işin qeyri-idman tərəfi ilə bağlıdır. Mənə də maraqlıdır ki, onlar bu haqda nə deyəcəklər”.

Hazırda klubusuz olan Antonov formasını saxlamaq üçün hər gün qaçdığını söyləyib: “Macarıstandan qayıtdıqdan sonra “Dnepr”lə məşq etdim. Son bir həftədə də öz proqramıma uğyun hərəkət edirəm. Karyeramı başa vurmaq barədə düşünmürəm”.

Antonov Roman Qriqorçukun dəvəti ilə “Qəbələ”yə gəlib. O, 2015-16 mövsümündə bu klubda çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail