"Astra"nın baş məşqçisi: "Zirə" ilə oyuna hazırlaşmağa az vaxtımız oldu"

10.07.2017 | 4323 dəfə oxunub

"Hazırkı komandanı formalaşdırmaq üçün cəmi üç həftə vaxtımız oldu. Komandama inanıram, amma aydın məsələdir ki, bəzi futbolçuların tam hazır olması üçün daha 2-3 həftəyə ehtiyacı var".

Stadium.Az xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Astra"nın baş məşqçisi Edvard Yordanesku Rumıniya mətbuatına açıqlamasında deyib.

Yoxlama oyununda "Snaqov"a 8:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirən baş məşqçi "Zirə" ilə oyunöncəsi bu qələbənin əhəmiyyətli olduğunu vurğulayıb:

"Bizim "Zirə" ilə oyuna hazırlaşmağa az vaxtımız oldu. Şadam ki, vacib oyundan əvvəl yoxlama matçı keçirdik. Komandada çox müsbət məqamlar gördüm. Ümid edirəm ki,  Zirə” ilə matçda stadiona çox sayda azarkeş gələcək. Futbolçular belə qarşılaşmalarda dəstək hiss etməlidir. Mərhələ keçməyə qadir komandamız var".

“Astra” və “Zirə” arasında ilk oyun iyulun 13-də Rumıniyada keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail