Rəşad Sadıqov: "Bu gün daha ağır zərbə aldım"

12.07.2017 | 4728 dəfə oxunub

 "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı üzərində qazanılan 5:0 hesablı qələbədən sonra  jurnalistlərin suallarını cavablandırıb: 

- "Həm sevinirəm, həm də zədəmlə əlaqədar çox məyusam. İlk növbədə, uşaqları təbrik edirəm. Ağıllı, gücümüzü qiymətləndirərək, futbol oynadıq. Bilirdik ki, tam hazır deyilik. Mövsümün ilk oyunu idi. Həm fiziki, həm də texniki, həm taktiki cəhətdən ideal formada deyildik. Gürcüstan çempionatında isə mövsümün ortaları olduğundan, rəqib tam əksinə, hazırlıqlı idi. Bizdən daha diri idilər. Amma uşaqlar yaxşı oynadılar. Lazım olanda əks-hücumlara çıxdıq. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etdik. 

Zədəmə gəldikdə, həqiqətən də çox məyusedicidir. Təlim-məşq toplanışında tam iştirak edir, hazırlaşırsan, amma ilk oyundaca zədələnirsən. Bu, mənə psixoloji cəhətdən çox ağır zərbədir. Zatən son zamanlar özümü bu baxımdan basqı altında hiss edirdim. Şimali İrlandiya ilə oyunda ağır məğlubiyyət almışdıq. Ümid edirdim ki, bu oyunlardan sonra əhval-ruhiyyəm bir az yüksələcək. Amma bu gün daha ağır zərbə aldım. Futboldur, nə etmək olar?

- Zədəniz nə dərəcədə ciddidir?

- Dizimdən zədələnmişəm. Yəqin ki, ciddilik dərəcəsi sabah bilinəcək. MRT-yə baxmadan dəqiq bir şey demək olmur.

- Sizin əvəzinizə meydana daxil olan Yakub Jezniçakın oyununu necə dəyərləndirirsiniz?

- Onsuz da məşqlərdə öz ustalığını göstərmişdi. Çox yaxşı transferdir. İnanıram ki, gələcəkdə də çox xeyri dəyəcək. Sevindirici haldır ki, ilk oyunda həyəcan keçirmədən təcrübəsini ortaya qoydu. Aydın məsələdir ki, Polşanın "Legiya" klubunun kapitanı olmaq, 15 il orada oynamaq asan deyil, bu, heç nədən baş vermir. Çox sevindirici haldır ki, "Qarabağ"da debütdəcə inamlı və gözəl oyun sərgilədi.

- Cavab görüşündən nə gözləyirsiniz?

- Onsuz da hələ komandamız hazır deyil. Yeni-yeni oyunlara ehtiyacımız var. Qarşıda cavab oyunu var. Hazırda praktika yox, sırf cavab oyunu haqda düşünürük. Bu görüş göstərdi ki, rəqibə hörmətlə yanaşmaq lazımdır. Əks halda, cəzalandıra bilərlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail