Ndlovu: "Özümü 100 faiz formada hiss etmirəm"

12.07.2017 | 4333 dəfə oxunub

"Nəticənin belə olacağını gözləmirdim". Bunu "Qarabağ"ın futbolçusu Dino Ndlovu Gürcüstan "Samtredia"sını 5:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

Qollardan ikisinin müəllifi olan cənubi afrikalı hücumçu hələ tam hazır vəziyyətdə olmadığını bildirib: "Özümü 100 faiz formada hiss etmirəm. Amma həmişə özümə və komanda yoldaşlarıma pozitivlik, inam aşılamağa çalışmışam. Bu oyunu unutmağa çalışacaq və fikrimi qarşıdakı matçlara yönəldəcəyəm".

Ndlovu ilk oyununda qol vuran "Qarabağ"ın yeni transferi Donald Gerryer barədə də danışıb: "Donald komandaya alışma mərhələsindədir. Mən onun əvəzinə də şadam. Gerryeri təbrik edirəm və düşünürəm ki, o, sükanı belə saxlaya biləcək".

"Samtredia" və "Qarabağ" arasındakı cavab görüşü iyulun 18-də Gürcüstanın paytaxtı Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail