Svanadze: "Komanda pis çıxış etmədi"

12.07.2017 | 4068 dəfə oxunub

Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze Avropa Liqasının ikinci təsnifat mərhələsində  “Fola” (Lüksemburq) oyundan (1:0) sonra mətbuat konfransı keçirib.

Stadium.az xəbər verir ki, o matç barədə bunları deyib

- Nə demək olar? Çox çətin oyun oldu. Bunu da gözləyirdik. Komanda pis çıxış etmədi. Ehtiyat heyətimizin zəngin olmaması da bizə əlavə problem yaradır. Bir az da yorğun görünürdük. Eyni futbolçular uzun müddətdir oynayırlar. Rəqib əks-hücumda çox təhlükəli komandadır. “Fola” müdafiədə daha çox “oturdu”. Cinahlardan və standart vəziyyətdən təhlükəli ola bilirlər. Yaxşı ki, qələbə qazana bildik. Təbii ki, səfərdə rəqib hücuma atılacaq. Biz də əks-hücumdan fərqlənməyə çalışacağıq. İki günlük istirahətdən sonra cavab görüşünə hazırlaşacağıq.

- Pərdis-Fərcad Azad meydanda olduğu müddətdə heç nə ilə yadda qalmadı. Onu gec əvəzləməyiniz nə ilə bağlı idi?

- Pərdis yaxşı keyfiyyətlərə malik oyunçudur. Görünür, yorğun idi. Düşünürdük ki, ikinci hissədə vəziyyəti düzəldər. Serblərlə matçda yaxşı çıxış etmişdi. Bu gün yorğun görünürdü.

- “Fola”dan nə gözləyirdiniz, nə gördünüz?

- Yeni heç nə göstərmədilər. Onlar bizim gözlədiyimiz kimi oynadılar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail