Folprext "Neftçi" karyerasından danışıb

18.07.2017 | 3838 dəfə oxunub

Ötən mövsüm qış fasiləsində “Neftçi”yə cəlb edilən və 6 ay icarə əsasında komandada çıxış edən Zdenek Folprext Çexiya mətbuatına açıqlama verib.

Stadium.az xəbər verir ki, müqavilə ilə Çexiyanın “Slovan” (Liberets) klubuna məxsus olan yarımmüdafiəçi "Neftçi"dəki karyerasından peşman olmadığını bildirib: “Bakı gözəl şəhər idi. Ora mənim çox xoşuma gəldi. Oyunların 95 faizində demək olar ki, çıxış etdim. Əminliklə deyə bilərəm ki, 6 aylıq “Neftçi” karyeram üçün peşman deyiləm”.

Folprext “Neftçi”nin ona iki dəfə təklif göndərdiyini sözlərinə əlavə edib: “Neftçi”dən ayrıldıqdan sonra “Slovan”a döndüm. Heyətimizdə bir çox dəyişikliklər var, amma kifayət qədər yaxşı komandayıq. Bir çox klublardan təklif aldım. “Neftçi” məni transfer etmək istəyirdi və iki dəfə təklif göndərdi. Lakin danışıqlar uğursuz oldu”.

26 yaşlı yarımmüdafiəçi "Neftçi"də 16 oyunda 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail