Qurban Qurbanov: "O futbolçunu tanımıram" - MÜSAHİBƏ

18.07.2017 | 4119 dəfə oxunub

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə Gürcüstanın "Samtredia" klubuna 0:1 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Sizləri burda görməkdən şadam. Bilirdik ki, cavab oyunu çətin keçəcək.  Baxmayarav ki, birinci oyunda 5 cavabsız qolla qalib gəlmişdik. Hava çox isti idi. Futbolçular üçün oynamaq çox çətin idi. Fuytbolçuların hərəkətindən razı qaldım. Onlar düzgün müdafiə olunmaq istəyirdilər. Nəticə üçün ən yaxşısını etməyə çalışırdılar. Rəqib də sona kimi xarakter göstərdi. Bu komanda yaxınlarda Gürcüstanın ən yaxşı oyun göstərən komandası olacaq.

- Nikaraqua millisinin hücumçunun "Qarabağ"a gələcəyi deyilir. Hətta ona 400 min dollar təklif edildiyi bildirilir...

- Bu futbolçu haqda heç bir məlumatım yoxdu. 

- Dediz ki, "Samtredia"nın oyununu bəyəndiz. Hansını bəyəndiz, hansını öz komandanızda görmək istərdiz?

- Çox da uzun müddətdir bir yerdə deyillər. Amma oyun uslublarını bəyəndim. Açığı bu komandadan hansısa futbolçunu almaq kimi bir fikirimiz yoxdur. Onlara hörmətlə yanaşıram, istəklidirlər. Məğlub olmağı sevmirlər. 

- "Kukesi", yoxsa "Şerif"?

- Bizim üçün fərqi yoxdur.

- Bu gün istədiyimiz "Qarabağ"ı  meydanda görmədik. Bu hələ tam hazır olmamaqla bağlıdır, yoxsa ilk oyunda əldə edilən böyük hesablı qələbənin arxayınçılığı idi?

- Bizim zəif oyunlarımız olub. Ən zəif komandaya belə məğlub ola bilərik. Biz hələ kiçik addımlar atırıq. Ola bilsin ki, ilk oyunun təsiri var idi. Rəqib imkan verdiyi qədər hücum etdi. İndi mıən futbolçulardan istədiyimi tələb edə bilmərəm. Bunun üçün bir neçə oyun da keçirməliyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail