Ayxan Abbasov: "Bizə qol lazımdır, ancaq ilk dəqiqələrdən hücuma atılmaq da olmaz"

19.07.2017 | 3987 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Rumıniyanın "Astra" klubu ilə cavab oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizi sabah çətin görüş gözləyir. Səfərdə istəmədiyimiz məğlubiyyəti aldıq.Sabah 2-ci 90 dəqiqədir. İnanıram ki, azarkeşlərimizin dəstəyi sayəsində komanda olaraq üzərimizə düşən vəzifənin öhdəsindən gələ bilərik.

- Komanda bu oyuna psixoloji baxımdan nə dərəcədə hazırdır?

- Bizə qol lazımdır, ancaq ilk dəqiqələrdən hücuma  atılmaq da olmaz. Çünki qol buraxsaq, işimiz daha çətinləşəcək. Hələ "Astra" ilə ilk oyundan dərhal sonra futbolçularımıza dedim ki, ardıcıl iki çətin səfər matçı keçirdik. Onlara dedim ki, ruhdan düşməsinlər. İnanıram ki, həm təcrübəli futbolçularımız, həm də legionerlərrmiz qarşıdakı oyunda işimizə yarayacaqlar.

- "Astra"  ilk oyunda "Zirə"ni standart vəziyyətlərdə məğlub etdi. Buna qarşı bir məlhəm varmı?

- Stardart vəziyyətlər üzərində çalışmışıq. Futbolçularımız səhvləri gördülər. Çalışacağıq ki, bunlar təkrarlanmasın.  "Astra" səhvləri bağışlamır.

- Cavab oyununda taktiki planda yeniliklər olacaq?

- İndi rəqibi daha yaxşı tanıyırıq. "Astra"da heyətdə çox dəyişlik olub. Yoxlama oyunlarını analiz etsək də, bu, hər şeyi göstərmir. Rəqib bura gələnədək çempionatda qalib gəlib. Düzdür, bu oyunda bütün futbolçuları oynatmayıb. Bu da normaldır. Bu həftə taktiki məşqlər etmişik. Futbolçularımız bərpa olunub. Çalışacağıq ki, sonadək mübarizə aparaq.

- Start heyətini müəyyənləşdirmişsiniz?

- İki gündür müəyyənləşdirmişik. Bir-iki mövqe var ki, bizə maraqlıdır. Yəqin ki, start heyətində yanılmarıq.

- "Zirə" debütant olaraq missiyasını yerinə yetirdi. "Astra"nı keçməyi nə dərəcə real sayırsınız, yoxsa cavab matçı reytinqi artırmaq üçün daha önəmli olacaq?

- "Zirə" "Astra"nı keçmək gücündədir. Bu olmasaydı, etiraf edərdim. Avroap Liqası bizim üçün böyük təcrübədir. Gücümüz çatanadək turnridə irəliləyəcəyik. Bunu əvvəl də demişik. Məncə, "Astra"nı keçməyə gücümüz çatar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail