"İnanmıram ki, qısa müddətdə yeni transfer olsun" - Tahir Gözəl

23.07.2017 | 6171 dəfə oxunub

Bu gün “Qarabağ”ın Fan-şopunun rəsmi açılışı olub.Stadium.Az xəbər verir ki, tədbirdə iştirak edən klubun vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:
 
- “Qarabağ” Azərbaycanda ən çox sevilən addır. “Qarabağ” Azərbaycanı dünyaya tanıtdıran futbol klubudur. Bugünkü açılışı Ağdamın işğal gününə salmaq istədik. Şəhidlərimizə də yad etdik. Biz Qarabağ, Ağdam sevgisini ürəyimizdə yaşadacağıq. Bunu dünyaya göstərəcyik, onlarla paylaşacağıq. Bizdən “Qarabağ”ın formasını istəyənlər həddən artıq çoxdur. Artıq klubumuzun fan şopu var. İnsanlar bura gəlib geyimləri əldə edə bilər. İstər gündəlik köynəklər, istərsə də futbolkalar almaq olar. Hesab edirəm ki, bu bizə lazım idi. Bu əlamətdar hadisə üçün hər kəsi təbrik edirəm. Xeyirli olsun, Azərbaycana və “Qarabağ” klubunu sevənlərə. Azarkeşlərimizə də səslənirəm ki, gəlib bizə dəstək olsunlar. Xaricdən gələn yeni dostlarla da paylaşmaq lazımdır. Buradan qazanılan hər məbləğ klubumuzun büdcəsinə əlavə ediləcək.
 
- “Qarabağ”ın döyüş bölgəsində yerləşdiyini nəzərə alsaq, hərbi rənglərdə formaların hazırlanması mümkün ola bilərmi?

- Formaların dizaynı ilə məşğul olan insanlar var. Bu da bir fikirdir. Məncə, mümkün olar. Həm də hərbi geyim son vaxtlar dəbə minib. Gənclər arasında bu cür geyimə üstünlük verənlər var.
 
- "Şerif"lə oyunlar barədə nə düşünürsüz?

- Bəli, qarşıda bizi “Şerif”lə oyun gözləyir. Yeni transferlərimiz də xoş təsir bağışladılar. Ciddi şəkildə hazırlaşsaq, uğurlu nəticə əldə edəcəyimizə inanıram. Ancaq çox çətin oyun olacaq.
 
- “Qarabağ” yeni transferlər edəcək?

- Hesab edirəm ki, bugünkü “Qarabağ” hazırdır. Son oyunçularımız da çox uğurlu oldular. İnanmıram ki, qısa müddətdə yeni transfer olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail