Bəxtiyar qol vurubsa, "Qarabağ" qələbə qazanıb

05.12.2011 | 5876 dəfə oxunub

“Qarabağ” Premyer Liqanın 15-ci turunda “Turan”la qarşılaşdı. Stadium.az xəbər verir ki, gərgin keçən qarşılaşmada bu komanda 1:0 hesabıyla qələbə qazandı. Görüşün startlndaca Bəxtiyar Soltanovun vurduğu qol oyunda həlledici oldu. Qələbə topunun müəllifinin Bəxtiyar olması maraqlı bir məqamı ortaya çıxarıb.
 
Belə ki, tovuzlularla oyunda qol vurmaqla Bəxtiyar cari mövsüm bir ilkə imza atdı. 22 yaşlı forvard “Qarabağ”ın heyətində 3 “cəbhə”də - Avroliqa, Premyer Liqa və kubokda fərqlənən ilk futbolçu kimi fərqləndi. Soltanov ilk dəfə Avroliqada fərqlənib. “Qarabağ”ın heyətində debüt etdiyi maçda “Banga”nın qapısına 4-cü topu vurub. Maraqlıdı ki, Soltanov avrokuboklarda daha bir əlamətdar qələbənin müəllifi olub. 3-cü mərhələdə “Brügge”ylə oyunda qələbə gətirən qolun müəllifi məhz Bəxtiyar olub. Ölkə kubokunun 1/8 finalında “Sumqayıt Şəhər”lə oyunda darmadağının (3:0) əsasını qoyan gənc “qolçu” Premyer Liqada qol vurmaq üçün “Turan”la oyunu “gözlədi”. O, tovuzlularla oyunda qol vurmaqla bütün cəbhələrdə qol sevincini “daddı”.
 
Maraqlıdı ki, Bəxtiyarın qol vurduğu bütün oyunlarda “Qarabağ” qələbə qazanmaqla yanaşı qol da buraxmır (“Banqa” – “Qarabağ” 0:4, “Qarabağ” – “Brügge” 1:0, “Qarabağ” – “Sumqayıt Şəhər” 3:0, “Turan” – “Qarabağ” 0:1).
 
Üstəlik, Bəxtiyar ümumilikdə 4-cü qolunu vurmaqla cari mövsüm eyni sayda qol vuran Rauf Əliyev (1 AL, 3 çempionat) və Əfran İsmayılova (3 çempionat, 1 kubok) çatdı.
 
“Qarabağ”ın mətbuat xidməti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail