İlqar Qurbanov: "Bizi rəqib meydanında çətin qarşılaşma gözləyir”

25.07.2017 | 5584 dəfə oxunub

“Mübarizəyə başladığımız ikinci təsnifat mərhələsini uğurla adladığımıza sevinirik. Polşanın “Yagelloniya” klubu ilə evdə keçirdiyimiz ilk qarşılaşma bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Amma cavab görüşünə daha yaxşı hazırlaşdıq. Bu da normaldır".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transfer İlqar Qurbanov klubun saytına deyib.

O, təlim-məşq toplanışından sonra ilk matçların çətin olduğunu bildirib: "Həm komanda tam hazır olmur, həm də yeni futbolçulara uyğunlaşmağa müəyyən vaxt lazım gəlir. Buna baxmayaraq, cavab görüşündə oyunumuzu yaxşı tərəfdən göstərə bildik. Cavab matçında təmkinli mübarizə apardıq. Rəqib də ilk oyunu təhlil etmişdi. Bakıdakı qarşılaşmada rəqibə bir neçə əks-hücum imkanı vermədiyimizdən arxaya çəkilib bizi meydanın özünə aid hissəsində gözləyirdi. Lakin biz səbirli olub, topa nəzarət etməyə çalışdıq. Matçın əvvəlində qol vurmağımız isə bizi daha da ruhlandırdı. Polşadakı oyunda komanda şəklində yaxşı mübarizə apardıq”.

Avroliqanın üçüncü təsnifat mərhələsində qarşılaşacaqları “Panatinaikos” haqda fikirlərini bildirən İ.Qurbanov Afina səfərində də uğur qazanmağa iddialı olduqlarını vurğulayıb:

“Səfərdəki ilk oyuna matçın keçiriləcəyi Afinada hazırlaşırıq. Artıq bir neçə gündür məşqlərimizi Yunanıstanda keçirik. Səfərdə keçirəcəyimiz ilk görüşdən maksimum nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, rəqib haqda çox danışmağa ehtiyac yoxdur. “Panatinaikos” öz sözünü demiş komandadır. Afina klubu aqressiv oyunu ilə həmişə azarkeşlərin diqqət mərkəzində olub. Bizi rəqib meydanında çətin qarşılaşma gözləyir”.

"Panatinaikos" - "Qəbələ" görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail