Ozobiç: "Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindir"

25.07.2017 | 5815 dəfə oxunub

“Panatinaikos” klub kimi Avropada çox gözəl tarixə və ənənəyə malikdir. Mən belə böyük komanda ilə mübarizə aparacağımız üçün şadam".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Panatinaikos"la ilk matç öncəsi Yunanıstan mətbuatına deyib.

26 yaşlı yarımmüdafiəçi çətin oyun olacağını bildirib: "Çünki "Panatinaikos" böyük hədəfləri olan klubdur. Rəqibin güclü azarkeş ordusu da var. Hansı ki, onlar komandalarına kömək etmək üçün tribunalarda maksimum dərəcədə dəstək verirlər. Bilirəm ki, Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindir. Azarkeş dəstəyi sayəsində “Panatinaikos” futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər”.
 
Onun sözlərinə görə, Afinada ən yaxşı oyunu sərgiləməlidirlər: "Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu, bizim hədəfimizdir və çətin olacağını dərk edirik".

Ozobiç deyib ki, bütün çətinliklərə baxmayaraq,  növbəti mərhələyə vəsiqə qazana bilərlər: "Bundan öncəki rəqibimiz “Yagelloniya” da yaxşı komanda idi. Ancaq “Panatinaikos”un onlardan daha güclü olduğuna şübhə yoxdur. Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var".

"Panatinaikos" - "Qəbələ" görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçiriləcək cavab görüşünə avqustun 3-ü saat 21:00-da start veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail