Samir Abbasov "Sumqayıt"ın Türkiyə toplanışını dəyərləndirib

28.07.2017 | 4125 dəfə oxunub

"Sumqayıt" bu gün Boluda son yoxlama oyununu keçirəcək. "Gənclik şəhəri"nin baş məşqçisi Samir Abbasov komandanın hazırlıq prosesini dəyərləndirib. Stadium.Az xəbər verir ki, S. Abbasov hazırlığın "Sumqayıt"a faydalı olacağını qeyd edib.

“Məşqlərə iyunun 22-də Sumqayıtda start verdik. Birinci mərhələdə yüngül məşqlər oldu və 7-8 gün çəkdi. Daha sonra ikinci mərhələyə başladıq. Uşaqların fiziki durumlarını yaxşılaşdırmaqdan ötürü məşqlər etdik. Həmçinin iki yoxlama oyunu oynadıq. İyulun 14-də Boluya gəldik. Məqsədimiz komandanın taktiki baxımdan yaxşılaşdırılması idi. Açığı, buradakı şərait buna artıqlaması ilə imkan verir. Yaxşı məşqlər keçdik. Bu hazırlıq prosesinin bizə xeyli köməyi olacağına inanıram. Dörd yoxlama oyunu planlaşdırmışdıq. Bunlardan ikisi Türkiyə Superliqası, ikisi isə ərəb komandaları idi. Lakin burada olduğumuz müddətdə “Adana Dəmirspor”dan da matç keçirməklə bağlı təklif gəldi. Bizim də ürəyimizdən oldu, etiraz etmədik. Bu görüşə razı olmaqda məqsəd oyun praktikası baxımından korluq çəkən futbolçulara şans vermək idi. Artıq 4 matçımız geridə qalıb. Həddindən artıq yaxşı kollektivlərlə qarşılaşdıq. “Osmanlıspor”, “Sivasspor” kimi kollektivlərlə üz-üzə gəldik.

Yeni transferlər özlərini bacardıqları qədər yaxşı tərəfdən göstərdilər. İstədiyimiz oyunçuları komandaya dəvət etdik. Çempionat bitməmişdən bunun üzərində çalışırıdıq. Şükürlər olsun ki, alındı. Komandaya tez uyğunlaşmağa səy göstərirlər. Yavaş-yavaş “Sumqayıt”ın bir hissəsi olmağı bacaracaqlar. Boludakı məşqlərimizi bitirdik. Sonuncu yoxlama matçımız qalıb. Səudiyyə Ərəbistanının “Əl-Taavuon” komandası ilə qarşılaşacağıq. Bununla da təlim-məşq toplanışımızı yekunlaşdıracağıq. İyulun 29-u səhər Bakıya yola düşəcəyik. Vətəndə 2-3 günlük istirahətdən sonra yenə məşqlərimizə başlayacağıq və çempionata hazırlaşacağıq”.

“Sumqayıt” Bolu toplanışı ərzində "Sivasspor" (0:4), "Adana Demirspor" (1:2) və “Osmanlıspor”a uduzub (1:2), “Al-Fateh” komandasına isə qalib gəlib (3:0).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail