"Neftçi" İdman Klubundan sərt reaksiya: "Adam nankor olmaz, Rəsul!”

31.07.2017 | 4465 dəfə oxunub

Ötən həftə Güləş Federasiyası qarşısında keçirilən etiraz aksiyasına qatılan idmançımız Rəsul Çunayev daha sonra təmsil etdiyi "Neftçi İK"nu tərk etmək barədə qərar vermişdi. Stadium.Az xəbər verir ki, o, bu addımı alacaqlarının vaxtlı-vaxtında ödənilməməsi ilə əlaqələndirmişdi. Qarşı tərəfdən Elnur Əşrəfoğlu Rio Olimpiadasının bürünc medalçısına cavab verib.

“Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdu ki, çörəyini yediyi “Neftçi” İdman Klubu haqqında mətbuata yalan açıqlama verib. Guya ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib.

Əslində isə belə deyil. Hər ay “Neftçi”dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb.

Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyi barədə nəsə deyə bilmərəm, amma “Neftçi” İdman Klubu "cocuq" vaxtlarından bu günlərə kimi, hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!” deyə Əşrəfoğlu sosial  şəbəkədəki hesabında yazıb. 

Çunayevə mükafatlarının verilməsi ilə bağlı geckmə olduğuna görə güləşçimiz "Neftçi"ni tərk etmək qərarına gəlmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail