"Şerif"in baş məşqçisi: "Bizim üstünlüyümüz doğma meydan amilidir"

01.08.2017 | 4218 dəfə oxunub

"Qarabağ" bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq. Stadium.Az xəbər verir ki, Ağdam klubu Tiraspolda "Şerif"in qonağı olacaq.

Oyunöncəsi keçirilən mətbuat konfransında Moldova çempionunun baş məşqçisi Roberto Bordin fikirlərini bölüşüb:

 - Komandamız vacib oyuna çıxacaq. Bizə qarşı meydanda yaxşı hərəkət edən, topa nəzarət etməyi bacaran güclü rəqib oynayacaq. Bakıda keçirilən ilk oyunda sərfəli nəticə qazanmağa çalışdıq. Demək istərdim ki, 0:0 hesabı sabahkı oyun öncəsi pis nəticə deyil. Bizim üstünlüyümüz doğma meydan amilidir. Ümid edirəm ki, azarkeşlər stadiona gəlib komandanı dəstəkləyəcək.

- "Şeerif" hücumameyilli oynayacaq, yoxsa Bakıdakı taktikanıza sadiq qalacaqsınız?

- Başını aşağı salıb hücuma qaçmaq hər zaman gərək olmur. "Kukesi" ilə hər iki oyunu nəzərə alsaq, biz xeyli qol epizodları yaratmışdıq. Hər iki oyunda da 1 qoldan çox vurmaq haqqımız idi. Bakıda keçirilən oyunda da qol imkanlarımız vardı.

İlk dəqiqələrdə hakimin təyin etmədiyi bir penaltini qeyd edərdim. Həm də biz açıq futbol göstərə bilməzdik. "Qarabağ"texnikalı komandadır, boş sahələrdən effektiv yararlanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail