"Qarabağ"ın oyunu yayımlanmayacaq - rəsmi

01.08.2017 | 5138 dəfə oxunub

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” matçı Azərbaycanda canlı yayımla nümayiş etdirilməyəcək.

Stadium.az xəbər verir ki, bu haqda Qol.az-a eksklüziv açıqlamasında “Şerif” şirkətinin (“Şerif” klubu bu şirkətə tabedir) teleyayım məsələlərinə məsul olan rəsmi nümayəndəsi Yevgeni Raşkovan məlumat verib. Onun sözlərinə görə, yayımla əlaqədar Azərbaycandan heç bir telekanal onlara müraciət etməyib: “Hətta bundan sonra müraciət olunsa belə, oyunun göstərilməsi texniki tərəfdən mümkün deyil”.

Y.Raşkov yayıma görə Azərbaycan tərəfdən 100 min dollar tələb olunması ilə bağlı xəbəri şərh etmək istəmədiyini söyləyib. Bununla belə, o deyib ki, hələ ilk matçdan əvvəl “Şerif” Moldovadakı cavab oyunu üçün qarşı tərəfdən 50 min dollar tələb edib: “Cavab oyununun qiyməti ilə bağlı heç nə deyə bilmərəm. Azərbaycandan hec bir telekanal oyuna görə bizə müraciət etmədi. Ümumiyyətlə, bu məsələ hələ ötən həftənin 4 ya 5-ci günü həllini tapmalı, müqavilə bağlanmalı idi. İndi oyunun başlamasına bir neçə saat qalıb. Bundan sonra matçın yayımı texniki tərəfdən də mümkün deyil”.

“Şerif” rəsmisi bildirib ki, hələ ilk oyundan əvvəl “Qarabağ” klubu onlara oyunların qarşılıqlı şəkildə pulsuz yayımlanması üçün müraciət edib: “Amma biz “Qarabağ”ın bu şərtini qəbul etmədik. “Şerif” – “Qarabağ” oyunu sıradan matç deyil. Biz bu oyundan həm də maddi olaraq qazanmaq istəyirik. Amma dediyim kimi, Azərbaycan tərəfdən hec kim bizə müraciət etməyib”.

“Şerif” rəsmisi oyunun Moldovanın CTB telekanalı və moldfootball.com saytı vasitəsi ilə canlı nümayiş etdiriləcəyini deyib.

"Şerif" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail