"Üstünlük bizim tərəfdədi"

02.08.2017 | 3711 dəfə oxunub

"İlk oyunda qalib gəlib üstün oynasaq da, futbolda hər şey mümkündür. Sabahkı qarşılaşmaya 0:0 hesablı düşüncə ilə başlayacağıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Stadium.az xəbər verir ki, bu sözləri Yunanıstan "Panatinaikos"unun baş məşqçisi Marinos Uzunidis "Qəbələ" ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

49 yaşı mütəxəssis bildirib ki, avrokubok matçları hər zaman çətin olur: "Heyətimizdə zədəlilər var. Bu, hər zaman olan bir şeydir. Oyuna necə hazır olduğumuzu sabah görəcəyik. Sxemimizdə heç bir dəyişiklik etməyəcəyik. Yararlandığımız 4-4-1-1 düzülüşü oturuşmuş sistemdir və onu inkişaf etdirmək lazımdır. Görüşün gedişatından asılı olaraq hansısa dəyişikliyə də gedə bilərik".

M.Uzunidis ilk matça qalib gəldikləri üçün üstünlüyün "Panatinaikos"un tərəfində olduğunu söyləyib: "İlk matçda qalib gəldiyimiz üçün üstünlük bizim tərəfdədir. Lakin faiz hesabı ilə kimin favorit olduğunu deyə bilmərəm".

O, "Bu matç sizin üçün "Panatinaikos"un sükanı arxasında sonuncu ola bilərmi" sualına belə cavab verib: "Hər şey mümkündür".

8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı sabah saat 21:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail