“Qəbələ”yə oynamağa imkan vermədik"

03.08.2017 | 3577 dəfə oxunub

“Panatinaikos”ın baş məşqçisi Marinos Ozounidis Avropa Liqasının üçüncü təsnifat mərhələsində  “Qəbələ” ilə cavab oyunundan (2:1) sonra mətbuat konfransı keçirib.

Stadium.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Ən yaxşı komanda növbəti mərhələyə keçdi. Hər iki oyunda rəqibdən üstün idik. Düşünürəm ki, daha yaxşı oynaya və matçın taleyini erkən həll edə bilərdik. Fikirləşirəm ki, hər iki görüşdə yaxşı oynadıq. Biz oyuna necə köklənmişdiksə, elə də start verdik. İlk qolu biz buraxsaq da, özümüzü erkən ələ aldıq. Fikrimcə, üçüncü qolu da vurmaq imkanımız var idi. Ümumi götürsək, öz komandamdan razıyam. Çünki “Qəbələ” asan rəqib deyil. Mənim fikrimcə, “Qəbələ”yə oynamağa imkan vermədik.

- İlk qolu siz buraxdınız. Buna reaksiyanız necə oldu?

- Futbolda belə hadisələr baş verir. Əgər hücum edib qol vurmursansa, deməli, rəqib səni cəzalandıracaq. Öncə dediyim kimi, biz özümüzü çox sakit apardıq. Belə deyək, oyunun gedişində haqq-ədalət öz yerini tapdı.

- Çıxışınızda bildirdiniz ki, meydan amili bizə mane oldu. Konkret olaraq nəyi nəzərdə tuturdunuz?

- Stadionla bağlı narazılığımız yoxdur. Mən bunu səfər amili ilə əlaqələndirmişdim



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail